Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının (AzMİU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbədənkənar iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclası giriş nitqi ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulur. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Dahi rəhbərin müəyyən etdiyi siyasi kursu xalqımız yekdilliklə dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və bayraqdarı, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən Prezident İlham Əliyevə etibar edib.
Rektorun geniş və məzmunlu çıxışından sonra Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə ulu öndərin Azərbaycan təhsilinin inkişafı üçün gördüyü işlərdən, aparılan islahatlardan danışıb.
Yeni Azərbaycan Partiyası Yasamal rayonu, 43 saylı ərazi ilk partiya təşkilatının sədri, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri Asəf Ağayev çıxışında ulu öndərin rəhbərliyi dövründə aparılan genişmiqyaslı islahatlardan, dahi rəhbərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən bəhs edib.



Son xəbərlər
Son Xəbərlər