Ulvira 4-cü dəfə əməliyyat olundu

ulvira-4-cu-defe-emeliyyat-olundu
Oxunma sayı: 1255

Ulvira Qarayeva yenidən əməliyyat olunub. “Qafqazinfo” xəbər verir ki, teleaparıcı ötən gün bədənində dəyişiklik edib. 

Plastik əməliyyat gecə saatlarına kimi davam edib. Qarayeva qarın nahiyəsindəki artıq piylərdən azad olub. Əməliyyatı Dilqəm Məhərrəmov həyata keçirib. 

Hətta, aparıcı sosial şəbəkədə mövzu ilə bağlı paylaşım edib: “Sevimli doktorum yenə mənə əl gəzdirdi”. 

"Qafqazinfo" Ulvira Qarayeva ilə əlaqə saxlayıb. “Liposaksiya etdirmişəm. Dünən saat 11-in yarısında əməliyyat başladı, gecə təxminən 1-də bitdi. Yenə eyni həkimə müraciət etmişəm. Çox uğurlu bir əməliyyat olundu. Özümü yaxşı hiss edirəm. Neçə litr piy götürülməsi barədə məlumatım yoxdur”- deyə teleaparıcı açıqlamasında bildirib. 

Xatırladaq ki, Ulvira bundan əvvəl burun, göz qapağı və dodağından əməliyyat etdirib.