Ülvira Qarayeva efirdə müğənninin başına su tökdü- - Fotolar

ulvira-qarayeva-efirde-mugenninin-basina-su-tokdu-
Oxunma sayı: 3279


“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, bu gün “Evdəyik” verilişində maraqlı hadisələr yaşanıb. Belə ki, verilişin əsas mövzusu son zamanlar “ALS” adlı xəstəlikdən əziyyət çəkənlərə dəstək məqsədi ilə başa soyuq su tökmək aksiyasına həsr edilib. Qonaqlar sırasında studiyaya ata-bala Elşən və Rəvan Qarayevlər də təşrif buyuranlar arasında olub.

Verilişin sonlarına yaxın aparıcı Ülvira Qarayeva içərisi soyuq su ilə dolu “qrafinka”nı əlini götürərək onu Elşən Qarayevin başına tökmək istədiyini bildirib. Müğənni aparıcının bu təklifini qəbul edib.

Sözügedən həmin məqamın ən maraqlı anlarını fotolarla sizlərə təqdim edirik: