Ülviyyə Heydərova festivalda qalib oldu - Foto

ulviyye-heyderova-festivalda-qalib-oldu
Oxunma sayı: 4606

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesi Batumi Beynəlxalq Monodram Festivalında qalib gəlib. 

“Qafqazinfo” xəbər verir ki, əsər 26-27 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək beynəlxalq festival çərçivəsində açıq havada nümayiş olunacaq. Qaliblər sırasında yazıçılar Guga Mgeladze, Vaxtanq Pirtsxalava, Kita Çxomariya, Aleks Çiqvinadze, Olqa Annenko, Mixail Başkirov və Yuliya Boçarovanın əsərləri də yer alıb.

Qeyd edək ki, Ü. Heydərova bu pyeslə 2018-ci ildə Almaniyanın Potsdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən “Next Stage Europe -2018” gənc dramaturqların festivalında ölkəmizi təmsil edib. Həmin əsər Almaniyada Höte İnstitutu tərəfindən gənc dramaturqların əsərlərindən ibarət almanaxda dərc edilib. “Uşaqlıq” monopyesi, həmçinin 2019-cu ildə Moskvada keçirilən “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib.

Bundan başqa, səhnə əsəri 2020-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaya qoyulub. Tamaşanın premyerası karantin rejimi bitəndən sonra keçiriləcək.