Əməkdar incəsənət xadimi, rejissor Ülviyyə Könülün qızı ərə gedib.
“Qafqazinfo” xəbər verir ki, klipmeykerin qızı Könül Türkiyə vətəndaşı ilə ailə qurub.
Onun bir müddət öncə Türkiyədə, bu gün isə Bakıda toy mərasimi olub.
Qeyd edək ki, Ü. Könül açıqlamasında qızının nişanlısı ilə tələbə yoldaşı olduğunu bildirmişdi: “Qızımla gələcək kürəkənim Türkiyədə bərabər təhsil alıblar. Oğlan ixtisasca filoloqdur”.
Xatırladaq ki, rejissorun qızı Könül uzun illərdir ki, xarici ölkələrdə yaşayıb. O, əvvəlcə Amerikada, sonra isə Türkiyədə təhsil alıb. Bir neçə ixtisasa yiyələnib. Piar meneceri kimi çalışan Könülün 26 yaşı var.


Son xəbərlər
Son Xəbərlər