“Qafqazinfo”nun məlumatına görə, Coğrafiya İnstitutundan Azərtac-a bildiriblər ki, təşkilatın TOP-10 siyahısında azərbaycanlı meteoroloqla yanaşı, ABŞ, İtaliya (iki nəfər), Argentina, Çili, Litva, Dominikan Respublikası, Tanzaniya və Macarıstandan qadın əməkdaşlar yer alıblar.
Qeyd edək ki, 1950-ci ildə yaradılmış Dünya Meteorologiya Təşkilatı BMT-nin meteorologiya sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur. Təşkilat BMT-nin Yer atmosferinin vəziyyəti və onun okeanlarla əlaqələri sahəsində müşahidə məsələləri üzrə səlahiyyətli orqanıdır. Dünya Meteorologiya Təşkilatının mənzil-qərargahı Cebevrədədir.
Təşkilatın yaranması barədə Konvensiyanın qüvvəyə mindiyi gün – martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd edilir.
Son xəbərlər
Son Xəbərlər