“Qafqazinfo” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, sabıq direktor Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqlim və aqroiqlim şöbəsində artıq aparıcı mütəxəssis kimi fəaliyyətə başlayıb. Öz sahəsi üzrə gözəl mütəxəssis olan U.Tağıyeva bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Qeyd edək ki, U.Tağıyevə öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Bu vəzifə hazırda baş hidroloq Asif Verdiyevə həvalə edilib.
Son xəbərlər
Son Xəbərlər