Partiyanın Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, aylarla davam edənardıcıl siyasi mübarizənin məntiqi nəticəsi olaraq, nəhayət Ukrayna xalqı rusiyapərəst hakim komandanın siyasi hakimiyyətinə son verdi. Məlum hadisələr zamanı onlarla insan həlak oldu. Altı yüzə qədər ukraynalı isə müxtəlif dərəcəli fizki xəsarətlər aldılar. Dünya birliyi, eyni zamanda Azərbaycandakı demokratik kəsim Ukrayana xalqının bu haqq işini təqdir etdiyi halda, Rusiyanın işğalçı təfəkkürlü Putin hakimiyyəti bu ölkənin suverinliyini pozan addımlara rəvac verir. Ukrayana ərazisinə rus qoşunlarının soxulması, hərbi hissələrin ələ keçirilməsi, insanların girov götürülülməsi, bu dövlətin ərazi bütövlüyünə və təhlükəsizliyinə yaranmış ciddi təhlükədir. Rusiyanın hakim dairələri, bu addımları ilə xalqların müstəqil şəkildə öz müqəddaratlarının həllinə bilərəkdən, məqsədli şəkildə maneçilik törədirlər. Ukrayna ərazisinə olunan hərbi müdaxilə eyni zamanda sadə ukraynalılara demokratik yolla öz siyasi hakimiyyətlərinin formalaşdırmağa mane olmaq məqsədi daşıyır. Rusiya siyasəti ilə bu tip hadisələrdə ölkələrdəki azsaylı xalqları da çıxılmaz duruma salır. Zaman - zaman Rusiyanın etnik xalqlara yönəli məqsədli, riyakar siyasətinin nəticəsi olaraq, münaqişə sonrası məhz həmin xalqların yerli xalqla münasibətləri kəskin şəkildə pisləşir.Bu da yeni münaqişə ocaqlarının yaranması deməkdir. Tarix boyu Rusiya məhz xalqlararası münaqişələr konteksində possovet ölkələrinin daxili siyasətinə nüfuz etməkdədir. Dünya birliyi bu siyasətin acı nəticəsinin Gürcüstan – Rusiya müharibəsindən sonra bir daha şahidi olub.
Ümid partiyası Rəyasət Heyəti Amerika Birləşmiş Ştatlarını, Böyük Britaniyanı, Almaniyanı, Fransanı, eyni zamanda Birləşmiş Millətlər Təşkilatını, Avropa Birliyini məhz bu anda Ukrayna xalqına dəstək olmağa çağırır. Eyni zamanda Ümid partiyası Rusiyanın siyasi hakimiyyətinə özünün də imzaladığı Budapeşt sammitinin müddəalarına əməl etməyin vacib olduğunu bir daha xatırladır. Əks halda imperialist təfəkkürlü Rusiya hakimiyyətinin dünya jandarmı istəyi ən qısa zamanda maneəsiz reallaşacaq. Bu da diktaturalı rejimlərdən qurtulmaq istəyən xalqların azadlıq mübarizəsini əngəlləyəcək, həmin xalqları illərlə avtoritar qaydalarla idarə edən siyasi hakimiyyətlərin ömrünün uzanmasına səbəb olacaq, dünyada yeni konfliktlər ocağı yaranacaq.
Son xəbərlər
Son Xəbərlər