“Qafqazinfo” xəbər verir ki, aprelin 6-da “Qalatasaray” “Türk Telekom Arena” stadionunda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edəcək. Komanda ilə bərbad nəticələr əldə edən Mançini üçün bu derbi son şans ola bilər. Tüürkiyə mediyası “Qalatasaray”ın öz meydanında “Fənərbaxça”ya uduzacağı təqdirdə, baş məşqçi Roberto Mançininin qovulacağını iddia edib. İddiaya əsasən, bu italyan mütəxəssis üşün axırıncı etap ola bilər. Əgər komanda məğlub olsa, klub prezidenti Ünal Aysal Mançininin istefasını tələb edəcək. Buna görə də Aysal baş məşqçi ilə danışıb və bu 3 xalın olduqca vacib olduğunu xatırladıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər