“Ümid edirəm ki, məhkəmə Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq”

“Ümid edirəm ki, məhkəmə Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq”
Oxunma sayı: 1569

“Mən bilmirəm Tofiq Yaqublunun hansı günahı var və ya yoxdur. Ancaq Azərbaycana qarşı hazırda beynəlxalq aləmdə bu məsələylə bağlı antikampaniya siyasəti həyata keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin komitə iclasında deyib. 

O qeyd edib ki, Tofiq Yaqublu ilə bağlı məsələ ölkəmizə böyük ziyan vurursa və dövlətçiliyimiz əleyhinə təhdid yaradırsa bu cür addımlardan çəkinmək lazımdır: “Mən ümid edirəm ki, bugünkü iclasında Apelyasiya Məhkəməsi bu məsələni ciddi şəkildə araşdıracaq”.

***

Deputat Bəhruz Məhərrəmov da Tofiq Yaqublunun həbsindən danışıb: “Biz xüsusilə Qarabağ qazisinin həbsdə qalmasını istəmirik. Hesab edirəm ki, hökm verilmədən ictimai rəy ehtiyatlı olmalıdır. Məhkəmənin müstəqil fikrinə xələl gətirəcək hər bir addımdan çəkinməliyik”.

Günel Türksoy