“Ümid edirəm ki, Rusiya vaksini işə yarayacaq” - Tramp

umid-edirem-ki-rusiya-vaksini-ise-yarayacaq
Oxunma sayı: 2917

ABŞ Prezidenti Donald Tramp ümid edir ki, Rusiyada qeydiyyatdan keçmiş koronavirus vaksini işə yarayacaq. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Biz bu barədə çox şey bilmirik. Ümid edirik ki, bu, işə yarayacaq”, - Tramp mətbuat konfransında deyib.

Siyasətçi əlavə edib ki, ABŞ da, öz növbəsində, vaksinin hazırlanmasında çox irəli gedib.