“Ümid edirəm ki, Ukraynada xüsusi əməliyyat tezliklə başa çatacaq” - Peskov

umid-edirem-ki-ukraynada-xususi-emeliyyat-tezlikle-basa-catacaq
Oxunma sayı: 2070

“Ukraynadakı hərbi əməliyyat diplomatiya yolu ilə başa çata bilər, bu, Ukraynanın mövqeyindən və Rusiyanın şərtləri ilə razılaşmadan asılıdır".

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Bəli, ola bilər. Bu, əhəmiyyətli dərəcədə Ukraynanın mövqeyinin ardıcıllığından və onların bizim şərtlərimizlə razılaşmağa nə dərəcədə hazır olacağından asılı olacaq. Biz həqiqətən ümid edirik ki, yaxın günlərdə, yaxın gələcəkdə bu əməliyyat öz məqsədlərinə çatacaq və ya Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yolu ilə başa çatacaq”, - Peskov vurğulayıb. O qeyd edib ki, Rusiya hərbçiləri əməliyyatı başa çatdırmaq üçün əlindən gələni edir.