“Ümid edirəm ki, “Yuventus” üçün faciəli gecə olacaq” - Ronaldo

umid-edirem-ki-yuventus-ucun-facieli-gece-olacaq
Oxunma sayı: 646

Sabah Çempionlar Liqasının finalında “Yuventus”la üz-üzə gələcək Madrid “Real”ının ulduzu Kriştiano Ronaldo matç haqqında danışıb. “Qafqazinfo” xəbər verir ki, o, komandasının ikinci il ardıcıl ÇL kubokunu qazanacağına ümid etdiyini bildirib. 

Ronaldo gecənin “Real” üçün sehrli, “Yuventus”ü üçün faciəli olacağını düşünür: “Fantastik bir gecə olacaq. “Real” kubok üçün əlindən gələni edəcək. Mənim pis oynasam da, komandamın qələbə qazanmasına ümid edirəm. “Yuventus” əla komandadır. Onların balanslı oyun tərzi var. Amma əminəm ki, “Real” daha güclüdür. Ümid edirəm ki, “Real” üçün sehrli, “Yuventus” üçün faciəli gecə olacaq”. 

Qeyd edək ki, “Yuventus” – “Real” görüşü Kardiff şəhərindəki “Millennium”  stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtilə saat 22:45-də veriləcək.