“Ümid edirik, Putinin adından istifadəni dayandıracaqlar”

umid-edirik-putinin-adindan-istifadeni-dayandiracaqlar
Oxunma sayı: 1801

“ABŞ prezidentliyinə namizədlər Donald Trampla Kamala Harrisin debatı gecə keçirildiyindən Kreml bu tədbiri izləməyib”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb. 

Bununla belə, Peskov sözügedən məsələ ilə bağlı mediada yer alan məlumatlarla tanış olduqlarını bildirib: “Əlbəttə, hər iki namizədin öz çıxışlarında ölkəmizin, prezidentimizin adını qeyd etməklərinə diqqət yetirdik. Putinin soyadı ABŞ-də siyasətdaxili mübarizədə alətlərdən biri kimi istifadə olunur. Bu bizim xoşumuza gəlmir, ümid edirik ki, prezidentimizin adından istifadə etməyi dayandıracaqlar”.

Xatırladaq ki, Trampla Harrisin debatı Bakı vaxtı ilə bu gün səhər saatlarında baş tutub. Debat 1 saat 45 dəqiqə davam edib. Debatın mövzularından biri də Rusiya-Ukrayna münaqişəsi olub. Hər iki tərəf çıxışı zamanı dəfələrlə Vladimir Putin və Rusiyanın adını çəkib.