“Qafqazinfo” xəbər verir ki, 11sentyabrda ABŞ-da baş vermiş terror hadisəsinin 13-cü ildönümü ilə bağlı Ümid Partiyası sədrinin Beynəlxalq əlaqələr üzrə müavini Ramin Hacılı, sədrin İnformasiya və Mətbuat üzrə müavini Elman Abbasov və Gənclər şöbəsinin müdiri Paşa Çıraqov bugün ABŞ səfirliyinin önünə “qərənfil” qoyublar və terror qurbanlarının anımı ilə bağlı Partiya adından yazılmış məktubu səfirliyə təqdim ediblər.
Məktubda deyilib:
Məlum olduğu kimi 2001-ci il, sentyabrın 11-də Amerika Birləşmiş Ştatları terror hücumuna məruz qalıb. Bu hadisə insanlığa qarşı, bəşəri dəyərlərin müdafiəçisi olan bir xalqın əzmini qırmaq üçün qeyri-humanist akt idi. Lakin keçən 13 il subut etdi ki, insanlıq qələbə yolunda əminliklə addımlayır və güçlü Amerika xalqı dəyərlərinə sadiqdir.
Biz, Azərbaycan Ümid Partiyası olaraq sadiq olduğumuz humanizmi dəyərini əsas alaraq baş vermiş terror hadisənin qurbanlarını kədərlə anırıq və ümumbəşəri dəyərlərin müdafiəsində Amerika xalqı ilə birgə olduğumuzu bəyan edirik.
Son xəbərlər
Son Xəbərlər