“Aprelin 2-də gecə saatlarında Ermənistan ordusunun növbəti təxribatı nəticəsində atəşkəs pozulub. Azərbaycan Milli Ordusu düşmənin həmləsini dəf etmək məcburiyyətində qalıb. Atəşkəs dövrünün ilk ağır və şiddətli döyüşləri baş verib və hələdə döyüşlər davam etməkdədir. Döyüşlər zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilsə də, Milli Ordumuzun əsgər və zabitləri də torpaqlarımızın müdafiəsində qəhrəmancasına döyüşərək şəhid olublar”.
Ümid Partiyasının Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu barədə partiyanin yaydığı başsağlığı məktubunda deyilir. Ümid Partiyası vətən uğrunda şəhid olan övladlarımızın ailə üzvlərinə, yaxınlarına, eləcə də bütün Azərbaycan xalqına başsağlığı verir, yaralıların tez bir zamanda sağalması üçün onlara Allahdan şəfa diləyir.
Azərbaycan hakimiyyətini qoşunların təmas xəttində baş verənlərlə bağlı ictimaiyyəti operativ və dəqiq məlumatlandırmağa, Beynəlxalq Təşkilatları Azərbaycanın ərazi bütövlüynün təmin olunması, BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiqlər etməyə, Vətən torpaqları təhlükədə olduğu bir vaxtda xalqımızı Milli birliyə, əsgərlərimizlə birlik nümayiş etdirməyə çağırır, hamımızın diqqətinin yalnız döyüş bölgəsində olduğuna ümid edir.
Son xəbərlər
Son Xəbərlər