Ümid Partiyası başsağlığı verdi

umid-partiyasi-bassagligi-verdi
Oxunma sayı: 708

Ümid Partiyasının sədri İqbal Ağazadə iyunun 28-də Türkiyədə, İstanbulun “Atatürk" beynəlxalq hava limanında baş verən terror hadisəsi ilə bağlı başsağlığı verib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sədr qanlı terror hadisəsi zamanı ölənlərin yaxınlarına, Türkiyə xalqına və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğana başsağlığı verib.

Başsağlığında deyilir: “İyunun 28-də İstanbulun "Atatürk" beynəlxalq hava limanında törədilmiş növbəti qanlı terror hadisəsindən son dərəcə hiddətlənir, baş vermiş hadisəni qəti şəkildə pisləyirik.

Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq".