"Qafqazinfo"ya daxil olan bəyanatda deyilir:
Son günlər Güney Azərbaycanın ayrı-ayrı şəhərlərindən daxil olan məlumatlar milli-mədəni fəallara qarşı repressiyaların artmasından xəbər verir. Tanınmış mədəniyyət xadimlərinə qarşı əsassız basqılar da İİR hakimiyyətinin Azərbaycan mədəniyyətinə qarşı ögey münasibətinin təzahürü kimi son həftələrdə şiddətlənmişdir. Tanınmış musiqiçi Həsən Dəmirçinin istintaqa cəlb olunması, Barış qrupunun və Abbas Nikravanın fəaliyyətinə qadağa qoyulması mədəni soyqırımın əlaməti sayıla bilər. Keçən həftə milli mədəni fəallar Əli Rzayi, Ramin Rzayidə həbs edilmiş, Qulam Quluzadə və bir neçə başqa soydaşımız istintaqa cəlb olunmuşdur. Halbuki onların tək suçu milli mədəniyyətlərinə xidmət etməkdir. Ümid Partiyası olaraq dünya ictimaiyyətini və əlaqədar insan haqları qurumlarını soydaşlarımıza qarşı bu təzyiqlər qarşısında susmamağa, habelə rəsmi Tehrana qarşı müvafiq addımlar atmağa çağırırıq.
Son xəbərlər
Son Xəbərlər