Ümid Partiyası hüquq- mühafizə orqanlarına müraciət etdi

umid-partiyasi-huquq-muhafize-orqanlarina-muraciet-etdi
Oxunma sayı: 1494

Ümid Partiyası Ağdaşda keçirilən parlament seçkisi ilə bağlı hüquq- mühafizə orqanlarının rəhbərliyinə müraciət edib.

90 saylı Ağdaş seçki dairəsindən təkrar seçkidə namizədliyi irəli sürülmüş Ümid Partiyası sədri İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Taleh Əliyev “Qafqazinfo”ya müraciətində bildirib ki, imzatoplama kampaniyası zamanı onlara qarşı qanunsuz hərəkətlər edilib: “Ayrı-ayrı xüsusi öyrədilmiş adamların basqısı, təzyiq və təhqirləri ilə üzləşdik. Bu barədə dəfələrlə DSK sədrinə məlumat versək də Seçki Məcəlləsinin tələbləri yerinə yetirilmədi. Baş verən qanunsuzluqlarla bağlı 102 xidməti ilə bir neçə dəfə polisə müraciət etmək məcburiyyətində qaldıq. İmza toplama kampaniyasını may ayının 8-də yekunlaşdırmışıq. Əldə etdiyimiz faktların araşdırması ilə bağlı həm Baş Prokurorluğa və DİN-ə şikayət etmişik”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub.