Ümid partiyası İqbal Ağazadəni təbrik etdi

umid-partiyasi-iqbal-agazadeni-tebrik-etdi
Oxunma sayı: 828


“Qafqazinfo”ya partiyadan daxil olan məlumatda qeyd olunur ki, Ümid Partiyasının Rəyasət Heyəti və bütün partiya üzvləri İqbal Ağazadəni doğum günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli İqbal bəy!

Sizi – müasir Azərbaycan siyasətinin önəmli simalarından birini, ölkənin ən böyük və dinamik siyasi partiyasının başqanını, dəyərli millət vəkilini Doğum Gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.

Siz Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşmüş tək siyasi lidersiniz. Qarabağ qazisisiniz. Əminik ki, uğrunda canınızı belə əsirgəmədiyiniz xalqımız Sizin illərdir formalaşdırdığınız, israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasət müstəvisinə gətirəcək. Bunu bizə Sizin səmimi, realist düşüncə üzərində yürütdüyünüz fəaliyyətiniz deyir. Və biz ona da əminik ki, ölkənin demokratikləşməsi, millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən Lider kimi müasir Azərbaycan tarixində əbədi qalacaqsınız.

Cənab Sədr!

Sıralarında əlli mindən çox insanı birləşdirən Böyük Ümid ailəsi məhz Sizin liderliyinizlə, Avropa ailəsinə inteqrasiya xətti yürüdən daha müasir, daha demokratik və daha azad Azərbaycan uğurunda müqəddəs mücadilənizdə Sizinlə birlikdə olacağını bəyan edir.

Bir daha Sizi Doğum Gününüz münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.

Təbrik edirik!