Ümid Partiyası vəkillə bağlı bəyanat verdi

Ümid Partiyası vəkillə bağlı bəyanat verdi
Oxunma sayı: 246

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: “ Ümid Partiyası Vəkillər Kollegiyasının qəbul etdiyi bu qərarı müstəqil fəaliyyət göstərən vəkillərə qarşı təzyiq kampaniyası kimi qiymətləndirir. Məhkəmənin icraata götürmədiyi bir iddia əsasında Vəkillər Kollegiyasının belə bir qərar qəbul etməsini kobud qanun pozuntusu olduğunu hesab edir.

Ümid Partiyası vəkil Xalid Bağırova qarşı təzyiqlərin qısa müddətdə dayandırılmasını, Vəkillər Kollegiyasını qərəzli qərarı ləğv etməyə çağırır, Xalid Bağırovun hüquqlarının bərpa olunması uğrunda sona qədər mübarizə aparacağını bəyan edir”.

Xatırladaq ki, Vəkillər Kollegiyasının dünənki iclasında qəbul olunan qərarla Xalid Bağırovun vəkillik fəaliyyətini 1 il müddətinə dayandırılıb. İclas vəkilin iştirakı olmadan keçirilib. Əsas kimi isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Rafiq Abbasovun Vəkillər Kollegiyasına müraciəti götürülüb.

Xalid Bağırov hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin vəkilidir.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi