Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə namizəd olduğu 90 saylı Ağdaş Seçki Dairəsi ilə bağlı bəyanat yayıb.
“Qafqazinfo”nun məlumatına görə, bəyanatda qeyd olunur ki, İqbal Ağazadəyə səs vermiş şəxslərə qarşı təzyiq və təqiblər olur, həmin şəxslər və onların qohumları işdən çıxarılmaqla, həbs olunmaqla hədələnir, izahatları alınır.
Partiya sədri baş verən bu cür halların qarşısının alınması üçün hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb: “Bu cür hadisələr daha çox Qolqəti, Xanıxlı, Yuxarı Ləki kəndlərində, Ağdaş şəhərinin H. Nərimanov, S. Vurğun, Azadlıq küçələrində və H.Əliyev prospektində baş verir.
Proseslərin gedişi onu deməyə əsas verir ki, namizədin imza vərəqləri DSK-ya təqdim edildikdən sonra ona imza verən digər sakinlərə qarşı da eyni təzyiq və təqiblər olacaq.
Ümid Partiyası baş verənləri qəti şəkildə qınayır, MSK-dan, hüquq mühafizə orqanlarından, Prezident Administrasiyasından və yerli hakimiyyətdən bu cür hadisələrə müdaxilə etməyi tələb edir. Bu, Seçki Məcəlləsinin tələblərinin ciddi şəkildə pozulmasıdır, insanların sərbəst düşüncəsinə və seçiminə müdaxilədir, siyasi ayrıseçkilikdir”.
Son xəbərlər
Son Xəbərlər