Ümid Partiyasından “Qafqazinfo”ya daxil olan məlumata görə, artıq 7 ildir ki, Azərbaycandan, Türkiyədən, Güney Azərbaycandan ictimai-siyasi simalar, sənət adamları, minlərlə soydaşımız “Borçalı” Cəmiyyətinin səsinə səs verərək bu tədbirə qatılır, birlik mesajları verirlər. “Elat” Mədəniyyəti Günü birlik və görüş məkanına çevrilməkdən əlavə Azərbaycan- Gürcüstan əlaqələrinə, eləcə də Cənubi Qafqazda barışa böyük töhfə verməkdədir. Ümid Partiyası olaraq Cənubi Qafqazda dinc yanaşı yaşama və sülhün Türkiyə, Gürcüstan və Azərbaycanın dostluğuna daha çox bağlı olduğunu nəzərə alaraq bu bayramın məntəqə üçün önəmini yüksək dəyərləndirir, soydaşlarımızı, özəlliklə bu mərasimi təşkil edən Borçalı İctimai Cəmiyyətini Borçalı Türklərinin 7-ci Elat Mədəniyyəti Günü münasibətilə təbrik edirik.
Son xəbərlər
Son Xəbərlər