Ümid Partiyasının funksionerləri “Nida”çıların məhkəməsinə buraxılmadı

umid-partiyasinin-funksionerleri-nidacilarin-mehkemesine-buraxilmadi
Oxunma sayı: 931


Partiyanın Mətbuat Xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, hələ məhkəmə başlamamışdan əvvəl  Ağır Cinayətlərə dair Məhkəmənin yerləşdiyi ərazidəki ətraf küçələrdə post patrul xidməti növbə çəkirdi.  Əraziyə xeyli sayda əlavə polis qüvvələri və mülkü geyimlilər cəlb edilmişdi. Ətrafda ciddi gərginlik yaşanırdı. Məhkəmə istiqamətə gedən vətəndaşlar polislər tərəfindən geri qaytarılırdı. Ümid funksionerləri də məhkəmənin yaxınlığında polislər tərəfindən geri qaytarıldılar. Bir neçə tin dolaşdıqdan sonra  çətinliklə də olsa Ağır Cinayətlərə Dair Məhkəmənin önünə gələn Ümidçilər, eləcə də  çoxlu sayda gənc aktivlər və ictimaiyyət nümayəndələri məhkəmə keçirilən əraziyə buraxılmadılar. Buna baxmayaraq məhkəmənin önündə və ətrafda çoxlu sayda  aktivlər gənclər toplanmışdı. Gərginlik zamanı bir neçə aktiv polislər tərəfindən  maşınlara mindirilərək ərazidən uzaqlaşdırılıb. Aktiv gənclər kütləvi alqışla “Nida”çılara dəstək, polislərə etiraz nümayiş etdirdilər. 

Məhkəməyə məhbusların valideynlərindən və jurnalistlərdən başqa heç kim buraxılmayıb.

Qeyd edək ki, məhkəmədə təqsiri sübut olunmayan “NİDA”-çı gənclərə prokurorun istədiyi ağır cəza hüquq sisteminin siyasiləşməsinin tam sübutudur. Həbsdə olan gənclərə prokurorun istədiyi cəza ictimaiyyət tərəfindən ciddi etirazla qarşılanmasına  baxmayaraq, bugünkü məhkəmədə hakimiyyətin  özünü bu qədər aqressiv göstərməsi təəssüf doğurmaya bilməz.