“Ümid” toplandı - - Fotolar

umid-toplandi-
Oxunma sayı: 1947


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müşavirədə partiya sədri İqbal Ağazadə yerli təşkilatların birinci rüb üçün nəzərdə tutulan fəaliyyət proqramlarının yekunlarına münasibət bildirib. 

Sonra Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Seçki və Təbliğat məsələləri üzrə müavini Taleh Əliyev bələdiyyə seçkilərinə hazırlıq və Seçki Məcəlləsi  ilə bağlı yerli təşkilat sədrlərinin suallarını cavablandırıb. 

Qərara alınıb ki,  may ayına qədər yerlərdə seçki qərargahlarının yaradılması başa çatdırılsın və ikin namizədlər siyahısı hazırlanaraq Mərkəzi Aparata təqdim edilsin.