“Qafqazinfo” xəbər verir ki, yoplantıda 29 mart müşavirəsində rayon və şəhər şöbələrinin qarşısında qoyulan vəzifələr, bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olundu. Yeli seçki qərargahlarının yaradılmasının başa çatdırılması və ilkin namizədlər siyahısının may ayına qədər hazırlanaraq Mərkəzi Aparata təqdim olunması ilə bağlı tapşırıqlar verilib. İclasda bələdiyyə seçkilərində Nərimanov rayonundan namizədliyini verəcək bir neçə şəxs müəyyənləşdirilib.
Tədbirdə Ümid Partiyası Ali Məclisin sədri Ənvər Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət, Seçki Məcəlləsi və bələdiyyələrin statusu ilə bağlı ətraflı çıxış edib və məclis üzvlərinin suallarını cavablandırıb.