“Qafqazinfo”ya daxil olan məlumata görə, əsassız və haqsız olaraq barələrində ağır ittihamlar irəli sürülərək həbs olunan siyasi məhbuslar, Zaur Qurbanov, Rəşadət Axundov və Şahin Novruzlu keçən həftədən etibarən haqsızlıqlara etiraz olaraq həbsxanada aclıq aksiyasına başlayıblar. Aprelin 20-dən isə siyasi məhbusların anaları -Səkinə Qurbanova, Mətanət Axundova və Mehparə Novruzova, haqsız qərara etiraz və övladlarına dəstək əlaməti olaraq Müsavat Partiyasının qərargahında aclıq elan ediblər. Bu gün Ümid partiyası Ali məclisinin sədri Ənvər Ağazadə, İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, partiya sədrinin Xaricdə yaşayan Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müşaviri Zöhrə Zeynalova mübariz anaları ziyarət ediblər. Ümid Partiyası Rəyasət heyətinin üzvləri siyasi məhbus analarının haqlı mübarizəsində daima onlara dəstək olacaqlarını bildiriblər.
Aclıq aksiyası keçirən siyasi məhbus anaları ölkənin ən ali tribunasından gənclərin qanunsuz həbsinə etiraz edən Ümid Partiyasının sədri Iqbal Ağazadəyə öz təşəkkürlərini bildiriblər.
Son xəbərlər
Son Xəbərlər