“İsmayıllı işi” ilə bağlı məhkəmə prosesi açıq və ədalətli keçirilməyib, şahid ifadələrində ciddi pozuntulara yol verilib. Müdafiə tərəfinin sübutları məhkəmə tərəfindən nəzərə alınmayıb. Bütün bunları əsas gətirərək, Ümid Partiyası “İsmayıllı işi” ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsisnin çıxardığı hökmü ədalətsiz hesab edir, məhkəmənin konkret subutlar, ədalətli araşdırmalar əsasında deyil, siyasi sifarişlə qərar çıxardığından təəsüfləndiyini bildirir.
Ümid Partiyası “İsmayıllı işi” ilə bağlı məhkəmə prosesini və qərarını bütövlükdə ölkəmizdə siyasi fəaliyyətlə məşğul olan təşkilatlara və vətəndaşlara qarşı basqı hesab edir , hakimiyyət orqanlarını buraxdığı səhvlərini məhkəmənin Apellyasiya dövründə düzəltməyə çağırır.
Son xəbərlər
Son Xəbərlər