“Qafqazinfo”ya partiyadan daxil olan məlumata görə, Ümid Partiyasının İctimaiyyətlə Əlaqələr və Xaricdə yaşayan soydaşlarla iş üzrə sədr müavini Rüfət Muradlı tanınmış ürək cərrahı, alim Doktor Cavad Heyətin vəfatı ilə bağlı açıqlama verib: ” Dünən avqust ayının 12 də dünya şöhrətli cərrah, türkoloq alim, Azərbaycan türklərinin böyük oğlu Doktor Cavad Heyət əbədiyyətə qovuşdu. Ümid partiyası olaraq bu acı olayla bağlı o taylı , bu taylı Azərbaycanımıza, eləcə də bütün Türk dünyasına dərin hüznlə başsağlığı verir və millətimiz üçün Cavad Heyət yolunun davamlı olmasını diləyirik.
Bildiyiniz kimi ,Doktor Cavad Heyət Güneyli , Quzeyli Azərbaycanımızın dəyərli ağsaqqalı kimi bütün həyatını millətimizin mənafeyi yolunda, milli varlığımızın qorunmasına həsr edib. Onun vəfatı da hər iki Azərbaycanımız üçün ağır itki sayılır. Bu gün Onun harada dəfn olunması haqda da qərarın çıxarılmasının məsuluyyət yükü məhz hər iki Azərbaycanın övladlarının çiyninə düşür. Məncə o Böyük şəxsiyyətin vəsiyyətinə əməl olunaraq “ Varlığımızın mühafizinin” yalnız vətən oğullarının çiynində son mənzilə yola salınması bu kədərli anlarımızda Doktor Heyət dühasına hörmətin təcəssümü olar.”
Son xəbərlər
Son Xəbərlər