“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ümid Partiyası sədrinin İnformasiya və Mətbuat üzrə müavini Elman Abbasov deyib. O, bildirib ki, Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev Azadlıq qəzetində millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağzadənin “Təqlidçilər və marginallaşmışlar” yazısına cavab olaraq İ.Ağazadəni müxalifətə qarşı sərgilədiyi cəsarəti iqtidara qarşı sərgiləməməkdə ittiham edib və ona bir neçə sual ünvanlayıb: “Görən o, demokratik düşərgə haqqında dilə gətirdiyi ittihamları hakimiyyət barəsində də deyə bilərmi?! Deyə bilərsə, bəs niyə demir?..”
“Hörmətli Eldəniz müəllim bir ziyalı, siyasətlə məşğul olan insan kimi İqbal Ağazadənin hakimiyyət haqqında tənqidi fikirlər səsləndirdiyini- həm də çox zaman parlament kürsüsündən - bilməli idi. Bu barədə məlumatı yoxdursa , bu hörmətli ziyalımızın öz günahıdır. Ya Eldəniz müəllimin İqbal Ağazadənin hakimiyyət əleyhinə kəskin səsləndirdiyi fikirlərdən xəbərdardır və görməməzlikdən gəlir, və ya daha çox bir qrupa xidmət edən mətbuat orqanların oxuyur, təsirinə düşür və digər mətbuat orqanlarını izləmir. Hörmətli ziyalımıza İqbal Ağazadənin hakimiyyətə qarşı səsləndirdiyi tənqidi fikirlərdən bəzilərinin video linkini çatdırırıq. Onun üçün maraqlı olarsa Youtube-də axtarış verib digər çıxışlarla da tanış ola bilər”. E. Abbasov həmin videolardan bir neçəsini təqdim edib:
https://www.youtube.com/watch?v=TwEc6cgwKPA
https://www.youtube.com/watch?v=fHRdB31W_XM
https://www.youtube.com/watch?v=dDkS5t0C63c
https://www.youtube.com/watch?v=fEXDv7AiJQU
https://www.youtube.com/watch?v=Msv0rPEGrck
Son xəbərlər
Son Xəbərlər