Ümiddən Gürcüstanda baş verən hadisələrə- - reaksiya

umidden-gurcustanda-bas-veren-hadiselere-
Oxunma sayı: 1429


"Təəssüflər olsun ki, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı ara sıra bu kimi halların şahidi olmaqdayıq. Keçən ilin avqustunda Cavaxetiyada məscid minarəsinin uçurulmasını ya Bolnisidə icra başçısının müavini Xaləddin İbrahimovun kabinetinə hücum kimi iki qonşu ölkənin münasibətlərinə yönəlmiş təxribatçı hərəkətləri unutmamışıq. Hesab edirik  ki, Gürcüstan hakimiyyəti bu kimi xoşagəlməz halların qarşısını almaq üçün daha ciddi addımlar atmalıdır. Biz Gürcüstanla həm yaxın qonşu, həm də strateji əməkdaşıq. Və yəqin ki, Gürcüstanın hakimiyyət  dairələrində Borçalıda və Gürcüstanın digər bölgələrində yaşayan soydaşlarımızın haqlarının müdafiəsinin həm də Azərbaycanla münasibətlərə müsbət təsir göstərəcəyinin də fərqindədirlər. Təəssüflər olsun ki, Azərbaycan olaraq da soydaşlarımızı kafi həddə himayə etməkdə ciddi iradə nümayiş etdirməmişik. Rəsmi Bakı da nəhayət bu kimi hallar müqabilində susqunluğunu pozmalıdır.”