“Ümidimi itirmirəm”- - Elçin Şıxlı

umidimi-itirmirem-
Oxunma sayı: 970


“Qafqazinfo”nun  xəbərinə görə, E.Şıxlı deyib ki, qəzetlərlə bağlı hər hansı yenilik yoxdur: “İşsiz qalan bəzi əməkdaşlarımız başqa nəşrlərə gedirlər. Bu, təbii prosesdir. Mən işlə təmin edə bilmirəm, onlar da gedir. Qalan işçilər də var”.

Baş redaktor qeyd edib ki, redaksiyanın əməkdaşlara borcu yoxdur: “Qəzetləri vaxtında bağlamasaydım borc yaranacaqdı. Heç kimə borcum yoxdur, qəzet yayımı ilə məşğul olan firmalardan alacağımız var, yavaş-yavaş ödəyirlər, xırda məbləğ qalıb”.

Qəzetlərin nəşrini bərpa etmək ehtimalı varmı? Suala Elçin Şıxlı belə cavab verib: “Ehtimal həmişə var. Hər halda ümidimi itirmirəm, gözləyirəm. Variantlar axtarıram, düşünürəm, baxıram”.