“Ümidimi üzməmişəm”- - Millimizin qapıçısı

umidimi-uzmemisem-
Oxunma sayı: 921


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında milli komandamızın və “İnter”in qapıçısı Səlahət Ağayev deyib. 

O, hələ “bankirlər”lə Avroliqada oynamaq istədiyini bildirib: “Siz gözləyirdiniz ki, komanda bu vəziyyətə düşəcək? Heç kim bunu təsəvvür etmirdi. Amma birdən-birə “İnter” çətinliklərlə üz-üzə qaldı. İndi vəziyyət heç kimin gözləmədiyi halda elə dəyişə bilər ki, bütün problemlər həll olunar və komanda güclənər. Mən illərdir ki, burada çıxış edirəm. Ona görə də heç bir komandaya getmək fikrim yoxdur. Müqaviləm bitib, amma son ana qədər gözləyəcəm. Nə vaxt mənə desələr ki, “get özünə komanda tap” onda ayrılacam. Hələ bu komanda ilə Avropa Liqasında oynamaq fikrindəyəm. İnanıram ki, hər şey dəyişəcək. Ümidimi üzməmişəm”.

Gənc qolkiper “Xəzər Lənkəran”la adının hallanmasına gəlincə, bunlar deyib: “”Xəzər Lənkəran”dan bir zəng gəlib. Amma bu rəhbərlik səviyyəsində təklif deyil. Ona görə də bu barədə danışmaq tezdir. Mən də onlara demişəm ki, “İnter”dən ayrılsam, ilk sizinlə danışacam”.