Ümit Karan həbs edildi

umit-karan-hebs-edildi
Oxunma sayı: 3817

Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karan həbs edilib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun İ.A adlı xanıma təcavüz etməsidir. 

2015-ci ildə baş verən hadisədən sonra Ümit Karandan şikayət edilmiş və 5 il həbs cəzası istənilmişdi. Lakin o, dəlil çatışmazlığı səbəbindən məhkəmə zalından azadlığa buraxılmışdı.

Bu gün İstanbul Bölgə Ədliyyə Məhkəməsi öncəki məhkəmənin qərarını ləğv edərək Karana 1,8 illik həbs cəzası verib.