Ümit Özdağ həbs olundu

umit-ozdag-hebs-olundu
Oxunma sayı: 4212

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ barəsində həbs qərarı verilib.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, İstanbul Prokurorluğuna verdiyi ifadədən sonra növbətçi məhkəməyə çıxarılan Ümit Özdağ, ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək ittihamı ilə həbs edilib.

O, ötən gün “Prezidenti təhqir etmək” ittihamı ilə Ankarada saxlanılmışdı.