İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Səhiyyə Nazirliyi Republika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq tapşırıqlarına əsasən Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun 7 saylı orta məktəbində və 160 saylı Klassik Gimnaziyada Ümumdünya Sağlamlıq günü tədbirləri çərcivəsində maarifləndirici görüş-tədbir keçirilib. Mərkəzin həkim qrupları məktəblərin müxtəlif siniflərində olaraq uşaqlarla söhbətlər aparıblar. Söhbətlərdə sağlam qidalanmanın əsas qaydaları, ərzaq məhsullarının keyfiyyət və saxlama müddətinə fikir verilməsi, qəbul edilən mayenin miqdarı, yeməkdən sonra nə etməli, idmanla məşğulluq, sağlam həyat tərzinin təbliği və s. bu kimi mövzularda söhbətlər aparılmış, uşaqları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Görüşlər zamanı həkimlər uşaqlara Sağlam və təhlükəsiz qidalanma, Qida mənşəli xəstəliklərin profilaktikası və s. mövzuları əhatə edən yaddaş kitabçaları paylanıb. Orta məktəblərlə yanaşı bu aksiya rayonun iri ticarət və iaşə müəssisələrindən biri olan Dənizkənarı Milli Parkda yerləşən və hər gün böyük sayda vətəndaşın gəldiyi “Park Bulvar” Ticarət və İstirahət Mərkəzində də keçirilib.
Son xəbərlər
Son Xəbərlər