Ümumi test sayı 600 mini ötdü

Ümumi test sayı 600 mini ötdü
Oxunma sayı: 1658

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 16-na olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8575 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 345 nəfər reanimasiyada, 68 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 26 165 nəfər virusa yoluxub, 17 256 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 8722 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 601 500 test aparılıb.

Qeyd edək ki, bu gün 493 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi