Ümumi yoluxmanın 47,4%-i Bakıya düşür

Ümumi yoluxmanın 47,4%-i Bakıya düşür
Oxunma sayı: 1151

Azərbaycanda “COVID-19” virusuna yoluxma halı ən çox paytaxt ərazisində müşahidə olunub: 47,4%.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında verib.

Onun sözlərinə görə, Gəncə-Qazaxda 12,8%, Aran bölgəsində 10,8%, Lənkəranda 9,8%, ölkə xaricində 7,7%, Abşeronda 8,1%, Quba-Xaçmazda 1,4%, Şəki-Zaqatalada 0,7%, Dağlıq Şirvanda 0,8%, Yuxarı Qarabağda 1,1%, Naxçıvanda isə 0,1% yoluxma faktı müəyyən olunub.

Ölkə xaricindən gələn vətəndaşların isə 6,9%-də virusa yoluxma faktı qeydə alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi