“Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq”

umumxalq-huzn-gununde-de-azerbaycanin-yanindayiq
Oxunma sayı: 1030

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik.

Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq”.