Un kisəsində silah-sursat tapıldı- - Şabranda

un-kisesinde-silah-sursat-tapildi-
Oxunma sayı: 1599


“Qafqazinfo” xəbər verir ki, ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, bu haqda Şabran rayonun polis rəisi Əli Mərdanov xəbər verib.

Onun sözlərinə görə Şabran DYP-nin rəisi Söhbət Talıbov ərazidən keçərkən kisəni görüb və bu barədə polisə məlumat verib.

Hadisə yerinə gələn Şabran polisi kisənin içindən bir ədəd AKS avtomatı və ona məxsus 3 maqazin tapıb.

Kisədə həmçinin 157 güllə aşkar edilib.

Hazırda Şabran polisi un kisəsinin kim tərəfindən bura atıldığını və tapılan avtomatın hər hansı bir cinayət işində istifadə olunub olunmadığını araşdırır.