Unanyanın yeni vəzifəsi məlum oldu

unanyanin-yeni-vezifesi-melum-oldu
Oxunma sayı: 1952

“Bir neçə gün əvvəl istefa verən Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan tezliklə yeni vəzifəyə təyin olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Məlumata görə, Unanyan ölkənin Polşaya səfiri olaraq göndəriləcək.

Ermənistanın Polşadakı səfiri Samvel Mkrtçyanın 4 illik səlahiyyət müddəti ötən il başa çatıb. Qanuna əsasən, o, hələ geri çağırılmadığından vəzifəsini icra etməyə davam edir. 

Ermənistan XİN isə öz növbəsində Unanyanla bağlı yayılan məlumatları nə təsdiq, nə də təkzib edib.

Həmçinin oxuyun: Кто он, 36-летний министр Нахчывана?