“Qafqazinfo” məlumat verir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc bildirilib ki, həftə çərçivəsində Azərbaycanın qədim tarixinin simvolu olan və UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun daha da geniş təbliğ olunması məqsədilə foto və əşyalar sərgisi açılacaq, müxtəlif növlü təbliğat materialları paylanılacaq və “Qobustan kölgələri” baleti nümayiş olunacaq.
Bu möhtəşəm mərasimdə ölkəmizin, UNESCO katibliyinin və təşkilata üzv dövlətlərin yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.
Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.
Son xəbərlər
Son Xəbərlər