UNESCO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişib

unesco-uzre-azerbaycan-milli-komissiyasinin-terkibi-deyisib-
Oxunma sayı: 811

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının tərkibində dəyişiklik edilib.

Qafqazinfo”nun məlumatına görə, prezident İlham Əliyevin imzaladığı “UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncama əsasən, komissiya sədrinin müavini Əli Abbasovun yerinə Ramin Quluzadə, komissiyanın üzvü Samir Nuriyevin yerinə isə Əsgər Ələkbərov təyin olunub.