Unibank Azərbaycan bank xidmətlərində bir ilkə imza atıb. Bank fərdi sahibkarlar üçün Unibank Mobile BUSİNESS əlavəsini istifadəyə verib. Bu isə o deməkdir ki, Unibank müştərisi olan fərdi sahibkarlar istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə edə biləcəklər. Bu xidmət bankın müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, 24/7 Unibankdakı hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.
Unibank Mobile BUSİNESS fərdi sahibkarlara hansı imkanları yaradacaq?
Kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi;
Kartlar, hesablar, depozit və kreditləri ilə bağlı istənilən məlumatı almaq;
Kart və hesab üzrə çıxarışın əldə edilməsi;
Kartlar və hesablar arası köçürmələr, Unibankın digər müştərisinə köçürmələr etmək;
Kredit, kommunal, internet və digər ödənişlərin həyata keçirilməsi;
Bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq;
Valyuta kurslarından xəbərdar olmaq;
Günün istənilən vaxtı banka məktub yazmaq.
Yaxın günlərdə Unibank Mobile BUSİNESS daha da təkmilləşəcək. Fərdi sahibkarlar vergi, gömrük rüsumlarını və DSMF-yə ödənişlərini də bu mobil əlavə ilə edə biləcəklər.
Unibank Mobile BUSİNESS –lə istənilən yerdə işinizin başında olun!
Unibank Mobile BUSİNESS İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibank-ın mobil bank xidmətini bu linkdən http://onelink.to/um-business yükləyə bilərsiniz.
Fərdi sahikarlar Unibank Mobile BUSİNESS mobil əlavəsinə Asan İmza vasitəsi ilə və Unibankın filiallarında qoşula biləcəklər.
Unibank Mobile –Bankdan daha yaxın!
Unibank-hər kəsin bankı!
Son xəbərlər
Son Xəbərlər