Unibank müştərilərini böyük sürprizlər gözləyir

unibank-musterilerini-boyuk-surprizler-gozleyir-
Oxunma sayı: 638

Təkcə ötən il Bankın müştərilərinin sayı 47,1% artıb, verilən kreditlərin həcmində 50,3 % artım olub. 2013-cü ilin əvvəlindən də Bank müştərilərini sərfəli kampaniyalarla sevindirməkdədir. Mart ayı isə Unibank müştəriləri üçün sürprizlər ayı kimi yadda qalacaq. Bank xidmət və məhsullar sahəsində müştəriləri üçün hansı üstünlükləri təqdim edir?
“Qafqazinfo” Unibank KB ASC-nin Məhsullar və proseslərin inkişafı departamentinin Baş meneceri Taleh Tahirlinin müsahibəsini təqdim edir.


- Taleh müəllim, Unibankın aktiv inkişaf etdiyirdiyi məhsul və xidmətlər arasında hal hazırda istehlak krediti məhsulları xüsusi yer tutur. Bu yəqin ki,məhsula tələbatın çoxluğu ilə bağlıdır?

- Kredit bazarının daimi olaraq inkişaf etməsi, ölkədə iqtisadi rifah göstəricisinin yüksəlməsindən asılıdır. İnsanların gəlirləri artdıqca, ödəmə qabiliyyəti yüksəlir ki, bu da bank xidmətlərinə tələbatı artırır. Ölkənin ən böyük pərakəndə Banklarından olan Unibank , müştəriləri üçün daim lazımlı xidmətləri təqdim edir. Verilən istehlak kreditləri praktiki olaraq borcalanların istənilən təbəqəsinin ehtiyaclarını ödəyir. İnkişaf etdirdiyimiz nağd kredit isə rəsmiləşdirilmə baxımından sadə və müştərilərimiz üçün əlçatandır. Sürət və rahatlıq, bu məhsulu səciyyələndirən əsas amillərdir. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri, cəmi 15-20 dəqiqə ərzində nağd kredit əldə edə bilir.


- Unibankın nağdsız ödənişlər sahəsində də əhəmiyyətli addımlar atdığı görünür. Ümumiyyətlə, Bankda nağdsız ödənişlərin inkişaf tendensiyaları barədə nə deyə bilərsiniz?

- Fikrimcə, Azərbaycan bazarında nağdsız ödənişlərin artırılmasına halhazırda üç əsas amil təsir edir. Bunlardan birincisi, Bankların əhaliyə təqdim etdikləri plastik kart məhsullarının müxtəlifliyidir. Bunlar arasında halhazırda xüsusi əhəmiyyət daşıyan məhsul faizsiz taksit kartlarıdır. Unibankın bu bazarda xüsusi payı vardır. Belə ki, faizsiz kredit kartımız olan ALBALI Kart bazara çıxarıldıqdan sonra, çox qısa müddət ərzində Bankda nağdsız ödənişlərin əhəmiyyətli dərəcədə artımı müşahidə olunmaqdadır. İkinci amil, ödəniş alətlərinin rəsmiləşdirməsi prosesidir. Belə ki, məhsulun rəsmiləşdirilməsi və müştəriyə çatdırılması nə qədər rahat və sürətli olarsa, alət bir o qədər də müştəri üçün cəlbedici olur. Məhz bu səbəbdən də, Albalı kartlarını yalnız şəxsiyyət vəsiqəsini Bankın filiallarına təqdim etməklə, cəmi 15 dəqiqə ərzində əldə etmək mümkündür. Üçüncü isə, nağdsız ödəmələrin artımına əhəmiyyətli dərəcədə təsir edən digər bir amilin- geniş POS terminal şəbəkəsinin mövcudluğudur. Unibank halhazırda 550-dən çox POS terminal şəbəkəsi ilə öz müştərilərinin xidmətindədir. Bu terminallar vasitəsilə həm Visa və Mastercard İnternational kimi beynəlxalq ödəniş sistemlərinin kart sahibləri və həmçinin də Bankın faizsız kredit kartı olan ALBALI kartın sahibləri nağdsız ödənişlər həyata keçirirlər. Bu şəbəkə günü-gündən sürətlə artmaqdadır və 2013-cü ilin sonunadək, aktiv istifadə edilə bilən terminal sayını 1000 ədədə çatdırmaq hədəfimiz var.

- Unibank ölkənin bank bazarında daim yeni məhsullarla gündəmə gələn banklardandır. Mart ayı yenicə başlasa da, artıq bir neçə kampaniyaya start vermisiniz. Bu haqda məlumat verərdiniz.

- Martda müştərilərimizi böyük sürprizlər gözləyir. Artıq bir neçə aksiyaya start verilib. Bunlardan bir neçəsini sadalaya bilərəm. Nağd kreditlərlə bağlı tətbiq edilən 6% endirim aksiyasının müddətini artırdıq. Bundan başqa, martın 1-dən 10-dək nağd kredit üçün filiallarımıza müraciət edən xanımlara xüsusi həddiyyəmiz var. “İdeal” parfümeriya dükanlarından alış- veriş edən ALBALI kart sahibləri üçün isə xüsusi kampaniya hazırladıq. Belə ki, martın 1-dən 10-dək Albalı kart ilə “İdeal” mağazalarından alış- veriş edən müştərilərimizə, əlavə 3 taksit də biz hədiyyə etdik. Bu aksiyanın davamı olaraq isə6,7 və 8 mart tarixlərində Albalı kart sahiblərinə əlavə 6 taksit də Bankdan hədiyyə ediləcəkdir. Albalı kartdan söz düşmüşkən, yaxında bu kartın partnyorları sırasına uzun zamandır Bakıya gəlişləri gözlənilən dünyaca çox-çox məhşur brendlər də daxil olacaq. Beləliklə, yeni brenlərin gəlişi ilə Albalı kartın tamamilə əvəzedilməz bir şoppinq kartı olduğu bir daha təsdiqlənmiş olacaq.

Önümüzdəki həftə isə Novruz bayramı ilə bağlı xüsusi kampaniyalarımız olacaq. Novruz təkliflərimiz həm nağd kredit üçün müraciət edənlərə, həm də Albalı kart sahiblərinə ünvanlanacaqdır.

- Ölkə bank bazarında hazırkı rəqabət şəraitində Unibankın üstünlükləri nələrdir?

- Biz bilirik ki, sürət, rahatlıq və etibarlılıq müştərilərimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bankımız müvafiq təhlükəsizlik, etibarlılıq standartlarına cavab verən yeni texnologiyalara mütamadi olaraq investisiya etməkdədir. Qısa müddət ərzində minimum tələblər ilə, yalnız şəxsiyyət vəsiqəsi əsasında müştərilərə müxtəlif istehlak kreditləri təklif olunur.
Prioritet məhsulumuz olan Albalı Kartın partnyor şəbəkəsinin genişliyi və spesifikliyibu sahədə əsas üstünlüklərimizdəndir. Albalı kartın partnyor şəbəkəsində Zara, Bershka, GAP kimi dünyaca məşhur və Azərbaycanda çox sevilən brednlər var ki, onlar bazarda mövcud olan taksit layihələrindən yalnız Unibankla əməkdaşlıq edir. Bu siyahıya yaxında digər bir məşhur brend olan Massimo Dutti brendi də qoşulacaq. Albalı kartı əsas rəqiblərdən fərqləndirən amillərdən biri də, kart sahiblərinin etdikləri alış-verişlərin həcmindən asılı olaraq, müəyyən nisbətdə bonus əldə edə bilmələridir. Bonus pul şəklində müştərinin öz hesabına köçürülür.
Unibank öz iş rejimi ilə müştərilərinə üstünlüklər təqdim edir. Artıq həftənin şənbə günlərində də Bank tam iş rejimində fasiləsiz işləyir. Həmçinin qarşıdan gələn Novruz bayramı tətillərində də Bank müştərilərə xidmət göstərəcəkdir.
Son olaraq isə onu da qeyd edim ki, Bankın menecmentinin Azərbaycan bazarını dərindən mənimsəməsi və idarəetməyə qərb yanaşmasının tətbiqi sahib olduğumuz üstünlükləri günü- gündən artırmağa zəmin yaradır.