Unibank Premyer liqası: Hədəflər dəyişdi, mübarizə qızışdı

unibank-premyer-liqasi-hedefler-deyisdi-mubarize-qizisdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi xəbərə görə, cənub təmsilçisi xalını 48-dən 54-ə yüksəldib.
Bununla “ağ-yaşıllar” turnir cədvəlində 4-cü pillədən 2-ci sıraya yüksəlib. Beləliklə, Lənkəran təmsilçisi sona 3 tur qalmış zirvədən 6 xal geri qalır. Bu isə çempionluq intriqasının az da olsa, “dirilməsi” deməkdi. “İnter” və “Qarabağ” isə hərəyə 1 pillə geriləyərək uyğun olaraq 3-cü və 4-cü sıraya enib. Bu halda “Qarabağ”ın avrokuboklardan kənarda qalmaq təhlükəsi yaranıb. Ölkə kubokunun yarımfinalında “Bakı” səddini keçə bilməyən ağdamlılar bununla həm də “zolaqlılar”ın Avropaya yolunu açmış olub. Paytaxt klubu finalda “Neftçi” ilə qarşılaşacaq. “Flaqman” premyer liqada birinci pilləni əldən verməsə, kubokun finalçısı “Bakı” avtomatik olaraq Avroliqaya vəsiqə qazanacaq. Çempionatda isə 2-ci və 3-cü pillələrin sahibləri Avropa Liqasında iştirak hüququ qazanacaq. Bu səbəbdən qalan 3 turda ilk “altılıq”da amansız mübarizənin gedəcəyi aydındı.

1. “Neftçi” 29 60
2. “Xəzər Lənkəran” 29 54
3. “İnter” 29 52
4. “Qarabağ” 29 50
5. “Bakı” 29 47
6. “Qəbələ” 29 45

Ceyhun Əhmədov