“Unibank”a saxta pul verən qadınlar saxlanıldı -

unibanka-saxta-pul-veren-qadinlar-saxlanildi-
Oxunma sayı: 932


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, iyulun 30-da Nəsimi rayonu ərazisindəki “Unibank”ın Əcəmi filialında Bakı şəhər sakinləri Ofeliya Haqverdiyeva və Mətanət Novruzova kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əskinas verib.

Bu zaman pulun saxta olduğu aydınlaşıb və qadınlar Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu PB-yə təhvil verilib.

Murad Əhməd

“Qafqazinfo”