Keyfiyyətli və fərqli dərs ləvazimatları, məktəblilər üçün həm sağlamlığa təminatdır, həm onları dərs tapşırıqlarını etməyə daha da həvəsləndirir. Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda, Unibankdan möhtəşəm fürsət: valideynlərin məktəb ləvazimatı qayğısına son qoyuldu.
Unibankın ALBALI PLUS kartı ilə başladığı kampaniya çərçivəsində, bu gündən sentyabrın 15-dək ən keyfiyyətli dərs ləvazimatlarını, ən sərfəli şərtlərlə ala biləcəksiniz. Yalnız ALBALI PLUS (ALBALI) kartla GRAFİKA mağazalarından istədiyiniz dərs ləvazimatını alaraq, hissə-hissə ödəyin. Eksklüziv olaraq, ALBALI PLUS (ALBALI) kart sahibləri üçün dərs ləvazimatına endirimlərdən isə ƏLİ və NİNO (15% endirim) və NİL (NT) (bütün mallara 10% endirim) mağazalarında faydalalana bilərsiniz. LEKAL (seçilmiş mallara 10%-dək endirim) mağazaları da ALBALI PLUS (ALBALI) kart müştərilərinə xüsusi endirimlər təklif edir. Kampaniya müddətində qeyd olunan mağazalardan məktəb alış-verişi edənlərə, üstəlik 3 taksit də Unibankdan hədiyyə olunur.
Yeni dərs ilində doğmalarınıza ən yaxşısını hədiyyə edin!
Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı , dörd bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir.
Son xəbərlər
Son Xəbərlər