Unibankdan yeni kredit

unibankdan-yeni-kredit
Oxunma sayı: 652

Yanvarın 13-dək davam edəcək bu kampaniya çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik 3%-dən artıq endirimlə nağd kredit götürə biləcək. Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, minimal məbləği 300 AZN olan arayışsız kreditin maksimal məbləği 5000 AZN-dir. Kreditin müddəti 3-30 aydır. Arayışsız kreditlər Unibankın bütün paytaxt və rayon filiallarında verilir. Kampaniya çərçivəsində müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim ediləcək. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit veriləcək.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə
günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az/az/private-clients/kampaniyalar/yeni-il-kreditleri) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Nigar