Unibankın bankomatları da kredit verir

unibankin-bankomatlari-da-kredit-verir
Oxunma sayı: 647

Müştərilər banka gəlmədən, istehlak krediti üçün müraciət edə bilərlər. Kreditlə bağlı müraciəti ən yaxın bankomatdan etmək mümkündür. Bu addım, kredit əldə etmək istəyən müştərilərin vaxtına qənaət edən və rahatlığını təmin edən yeni bir alətdir. Bunun üçün Unibankın bankomatına yaxınlaşıb, istənilən Bankın plastik kartını Unibankın bankomatına daxil edib və dil seçimindən sonra, xidmətdən istifadə edə bilərsiniz. ATM-in ekranında Unibanka istehlak krediti ilə bağlı müraciət etmək üçün, ikinci pəncərədə “kredit” düyməsini seçib, öz mobil nömrənizi ATM-ə daxil edərək, təsdiqləyirsiniz. Müraciətiniz qəbul olunduqdan sonra, bank əməkdaşları qısa müddətdə sizə zəng edərək, kredit təklifinizi cavablandıracaq. Kredit müraciəti, istənilən başqa bankın kartı vasitəsi ilə həyata keçirilə bilər. Unibank kartınızın olması vacib deyil.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

Unibankın kreditlərindən Bankın geniş partnyor şəbəkəsində də istifadə etmək olar. Atəşgah Sığorta şirkətinin 11 satış məntəqəsində, 28 MALLvə Nərgiz Ticarət Mərkəzində elə yerindəcə “Albalı” taksit kartlarını rəsmiləşdirmək mümkündür.

Son texnoloji yenilikləri tətbiq etməklə, müştərilərinə göstərdiyi xidməti günü-gündən yaxşılaşdıran 28 filiala malik Unibank, 66 ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir. Unibankın bankomatları sms bankçılıq xidməti ilə yanaşı, kommunal ödənişləri də həyata keçirməyə imkan verir. Unibankın plastik kartlarına sahib olan müştəriləri banka gəlmədən, “card to card” xidmətiylə bankomatlardan pul göndərə bilərlər.

Ölkə bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir.

Qeyd edək ki, Unibank istehlakçılar üçün 3000 AZN-dək krediti girovsuz və zaminsiz verir. Bu kreditlər 30 aylıq müddətədəkdir. Məbləğ borcalanın gəlirlərindən asılı olaraq 300 AZN-dən 7000 AZN-dək dəyişir.

Nigar Məmmədli